Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyetnamda Ədəbiyyat Məbədi ilə tanış olub

 

Böyütmək üçün şəkili seçinAzərbaycanın birinci xanımı Mehriban Əliyeva mayın 19-da Hanoy şəhərində Ədəbiyyat Məbədi ilə tanış olmuşdur.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, Ədəbiyyat Məbədinin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən qoyulmuşdur. Məbəd Çin alimi Konfutsiyə həsr edilmişdir. 1076-cı ildə Ədəbiyyat Məbədinin ərazisində Kral, dövlət qulluqçuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil alması məqsədilə universitet - İmperial Akademiya yaradılmışdır. Bu, Vyetnamın ilk milli universiteti hesab olunur. Dövlət imtahanlarında yüksək nəticələr əldə etmiş şəxslərin adları məbədin həyətindəki xüsusi daş lövhələrin üzərində qeyd olunurdu. Həmin daş lövhələrdən 82-si məbədin həyətində nümayiş etdirilir. Ümumi sahəsi 54 min kvadratmetr olan kompleksin ərazisində Ədəbiyyat gölü, park və s. vardır.

Tran sülaləsinin hakimiyyəti dövründə (1225-1400-cü illər) məbəddə yenidənqurma işləri aparılmışdır. Təmir işləri digər sülalələrin hakimiyyətləri dövründə də ardıcıllıqla davam etdirilmişdir. Təqribən iki əsr ərzində müharibələrə və fəlakətlərə baxmayaraq, binanın orijinal memarlıq üslubu qorunub saxlanmışdır. Ədəbiyyat Məbədində əsaslı təmir işləri 1920-ci, 1954-cü və 2000-ci illərdə aparılmışdır. Ədəbiyyat Məbədi 1906-cı ildə - Fransa müstəmləkəçiliyi dövründə tarixi abidə kimi qeydiyyata alınmışdır. Kompleks 2010-cu ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmişdir.

Böyütmək üçün şəkili seçinMehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edildi.

Azərbaycanın birinci xanımı İmperial Akademiyanın tələbələrinin ifasında Vyetnam xalq musiqisini dinlədi.

Sonra xatirə şəkli çəkdirildi.

Birinci xanım Mehriban Əliyeva Ədəbiyyat Məbədindən zəngin təəssüratla ayrıldı.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov