Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Naxçıvan Dövlət Universitetində SABAH qrupları ilə bağlı təqdimat keçirilib

 

Naxçıvan Dövlət Universitetində SABAH qrupları ilə bağlı təqdimat keçirilib. Universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov ölkəmizdə təhsilə göstərilən yüksək qayğıdan danışaraq, SABAH qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıb. Yeni qrupların yaradılmasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində əhəmiyyətli addım olacağını bildirib. Rektor çıxışında SABAH qruplarının savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcəyini, SABAH qruplarının öz ixtisası üzrə peşəkar mütəxəssis kimi yetişmək istəyən tələbələrə geniş imkanlar açdığını qeyd edib. Vurğulanıb ki, sürətlə qloballaşan dünyada müasir baxışlar, yüksək təhsil, bir neçə dil biliyi tələbənin gələcəkdə iş tapmaq, uğurlu karyera qurmaq şansını əhəmiyyətli dərəcədə artırır.

Qeyd olunub ki, bu qrupların yaradılmasında əsas məqsəd azərbaycanlı tələbələrin xarici ali məktəblərdəki tələbələrlə əməkdaşlığı, tədris proqramlarının təkmilləşdirilməsidir. SABAH qrupuna tələbələr il ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri arasından seçiləcək. SABAH-a qəbul olmaq istəyən tələbə bunun üçün 3 mərhələdən keçməlidir - www.sabah.edu.az saytında elektron qeydiyyata düşmək, 25 xarici dil olmaqla 50 sualdan ibarət SABAH imtahanı vermək və sonda müsahibədən keçmək. Bu mərhələləri daha yüksək nəticə ilə keçənlər SABAH qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər. SABAH qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin görüşdüyü məkan olacaq. SABAH qrupunun məzunu öz ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək. Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb. 

Böyütmək üçün şəkili seçin

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov