Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

SABAH qruplarına tələbələrin qeydiyyatı davam edir

 

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, yaradılan SABAH qruplarına tələbələrin qeydiyyatı davam edir.

Mayın  22-ə olan məlumata görə, SABAH qruplarına 1147 tələbə qeydiyyatdan keçib. Onlardan  432  nəfəri  qız,  715-i  isə  oğlandır.  Qeydiyyatdan  keçənlərin 774 nəfəri Azərbaycan,  89-u  rus,  72-si  ingilis  bölməsində  təhsil  alan  tələbələrdir.  Hələlik  daha çox  xarici  dil  müəllimliyi  (59),  maliyyə (58),  mühasibat  uçotu  və  audit  (49),  kompüter  elmləri  (37),  dünya  iqtisadiyyatı (30), elektronika  mühəndisliyi  (30),  neft-qaz  mühəndisliyi  (29)  ixtisasları  üzrə  təhsil  alan  tələbələr  qeydiyyatdan  keçiblər.

Qeyd edək ki, SABAH qruplarına tələbələrin seçimi təhsilin keyfiyyətinin daha da artırılması, tələbələr arasında sağlam rəqabətin formalaşması və müasir tələblər səviyyəsində kadrların hazırlanması zərurətindən yaranıb. SABAH qruplarında təhsil almaq istəyən tələbələrin qeydiyyatı iyunun 12-dək davam edəcək. SABAH qrupları 33 ali təhsil müəssisəsindən 8-nin bazasında yaradılacaq və 52 ixtisas olmaqla, 5 ixtisas qrupunu, ümumilikdə isə 20 minə yaxın tələbəni əhatə edəcəkdir.

Birinci semestrdə 61 baldan yuxarı göstəricisi olan tələbələrin iştirak edəcəyi qəbul prosesi 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçən tələbə daha sonra - ikinci mərhələdə 25 məntiq və 25 xarici dil olmaqla 50 sualı cavablandıracaq. Üçüncü mərhələdə isə tələbələr üçün şifahi müsahibə də təşkil ediləcək.

Növbəti tədris ilindən 1300 tələbə II kursdan etibarən SABAH qruplarında təhsil alacaq. SABAH qruplarında təhsil almaq üçün dövlət ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı özəl ali məktəblərin tələbələri də müraciət edə biləcək.

SABAH qruplarında təhsil almaq istəyən tələbələr qəbul qaydaları, seçim şərtləri və digər bu kimi məsələlərlə bağlı ətraflı məlumatları sabah.edu.az saytından əldə edə bilərlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov