Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Sumqayıt Dövlət Universitetində Əli bəy Hüseynzadənin 150 illiyi qeyd edildi

 

Mayın 20-də Sumqayıt Dövlət Universitetində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi qeyd edildi.

Tədbiri giriş sözü ilə açan universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov XX  əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin yaradıcılığına və şəxsiyyətinə hörmətin, ehtiramın ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  ədibin 150 illiyinin qeyd edilməsi barədə imzaladığı sərəncamın xüsusi əhəmiyyətindən danışdı. Bildirildi ki, Azərbaycan  Prezidentinin bütün sahələrə göstərdiyi diqqət və qayğısının nəticəsi  kimi mədəniyyət və incəsənət aləmində də əvəzsiz xidmətləri olmuş tarixi ictimai-siyasi xadimlərin əməyinin zaman-zaman dəyərləndirilməsi bu gün də aktuallığını qorumaqdadır.  

Prorektor N.Namazov Əli bəy Hüseynzadənin çoxşaxəli və zəngin fəaliyyətindən, ədəbi-elmi irsindən bəhs etdi.

Tədbirdə fəlsəfə və hüquq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor, əməkdar müəllim Həsən Sadıqov Əli bəy Hüseynzadənin ictimai-siyasi və fəlsəfi görüşlərindən, tarix fakültəsinin dekan müavini Osman Hacıyev mütəfəkkirin həyat və yaradıcılığından, filologiya fakültəsinin dekan müavini Rövşən Məmmədov isə böyük ədibin ədəbi-bədii yaradıcılığından geniş bəhs etdilər.

Bildirildi ki, ensiklopedik biliyə malik olan Əli bəy Hüseynzadə ədib, filosof, maarifçi, jurnalist, publisist olmaqla yanaşı həkim və rəssam kimi də tanınmışdır.

Sonra Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar hazırlanmış  videofilm nümayiş etdirildi. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov