Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlandı

 

2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlandı.

22.05.2014-cü il, saat 09:00-dan etibarən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlanılmış və 08.08.2014-cü il, saat 23:59-dək davam edəcəkdir.

Ötən illərdən fərqli olaraq, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün həyata keçiriləcək müsabiqəyə sənəd qəbulu "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 saylı Fərmanı"na uyğun olaraq və eyni zamanda Təhsil Nazirliyinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı nəticəsində tam elektron qaydada həyata keçiriləcəkdir. Nəticədə, sənədlərin təqdim olunması məqsədilə Təhsil Nazirliyinə gəlməyə və sənədlərin poçt vasitəsilə göndərilməsinə ehtiyac qalmayacaqdır.

Əvvəlcədən, 19.02.2014-cü il tarixində 2014-2015-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədrinin 11 nömrəli 10.02.2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı" və "prioritet ixtisas istiqamətləri" haqda ətraflı məlumat ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsillə bağlı tez-tez verilən suallar, müsabiqənin şərtləri, tələb olunan sənədlər, elektron ərizə və digər məlumatlarla xaricdetehsil.edu.gov.az internet səhifəsindən tanış ola bilərsiniz.

Elektron ərizənin doldurulması ilə bağlı təlimatı aşağıdakı keçiddən əldə etmək mümkündür:

xaricdetehsil.edu.gov.az/uploads/telimat-erize.pdf

 Təhsil Nazirliyi bütün namizədlərə müvəffəqiyyətlər arzulayır!

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov