Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş idman tədbiri

 

Böyütmək üçün şəkili seçinMayın 20-də Bakıdakı 99 nömrəli tam orta məktəbdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş əyləncəli idman tədbiri keçirilib.

Məktəbin direktoru Ofeliya Məmmədova,  məktəb  Valideyn - Müəllim Assosiasiyasının sədri Salman Əbdülov, fiziki tərbiyə müəllimləri və valideynlərin iştirakı ilə keçirilən tədbirdə çıxışçılar uşaqları bu bayram münasibətilə təbrik edib, belə tədbirlərin onların fiziki cəhətdən sağlam böyüməsində müsbət rol oynadığını bildiriblər.

II sinif şagirdləri arasında keçirilən yarışın proqramına  yerindən uzunluğa tullanma, topun çiləyərək aparılması və qapıya qol vurma daxil idi.

Münsiflər heyətinin qiymətləndirməsindən sonra yarışmanın qaliblərinə, həmçinin yarışın hakimlərinə məktəb  Valideyn-Müəllim Assosiasiyası tərəfindən xatirə hədiyyələri  təqdim  olunub.    

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov