Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Sumqayıt Dövlət Universitetində SABAH qruplarının təqdimatı olub

 

Böyütmək üçün şəkili seçin Mayın 27-də Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin  nümayəndələri SABAH qrupları ilə bağlı təqdimat keçirdi.

SDU-nun rektoru Elxan Hüseynov çıxış edərək qeyd etdi ki, Təhsil Nazirliyi son bir ildə çoxsaylı layihələrə imza atmışdır. Onların içərisində ali təhsil müəssisələri üçün böyük maraq doğuran və məzmunlu təhsilin keyfiyyətinin artırılması işində mühüm rol oynaya biləcək layihələrdən biri  SABAH qruplarıdır.

Belə layihəni həyata keçirdikləri üçün Sumqayıt Dövlət Universitetinin kollektivi adından təşəkkür etdi.

Rektor  Sumqayıt Dövlət Universitetinin tarixinə qısa nəzər salaraq bildirdi ki, rəhbərlik etdiyi təhsil ocağında  hazırda 7 fakültə, Əcnəbi Tələbələrin Hazırlıq Mərkəzi və Beynəlxalq Əlaqələr şöbəsi fəaliyyət göstərir. Yaxın zamanda əlavə fakültələrin açılması da nəzərdə tutulur, bu baxımdan da mən inanıram ki, SABAH qrupları SDU-da təhsil alan tələbələrin inkişafında öz müsbət təsirini göstərəcək. Təbii ki, sürətlə qloballaşan dünyada müasir baxışlar, yüksək təhsil, bir neçə dil biliyi tələbənin gələcəkdə iş tapmaq, uğurlu karyera qurmaq şansını artıracaqdır. Bunu nəzərə alaraq SABAH qruplarında tələbələrin istəklərinə uyğun çevik tədris proqramı tətbiq olunacaqdır.

 Rektor bir daha vurğuladı ki, həmin qruplarda keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs keçəcəklər. SABAH qruplarının məzunları öz  ixtisası  ilə yanaşı ingilis dilini də mükəmməl öyrənmək imkanı əldə edəcək. Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı  üzrə Dövlət Strategiyası" yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün bütün imkanların səfərbər olunması işində ən gözəl töhfə olacaq.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin tələbələrə dəstək və mübadilə proqramları sektorunun  müdiri Sülhəddin Gözəlov SABAH qruplarının yaradılmasının əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək. SABAH qruplarında təhsil almaq istəyən tələbələrin qeydiyyatı iyunun 12-dək davam edəcək. Onu da qeyd edək ki,  müsabiqədə iştirak etmək istəyən tələbələr www.sabah.edu.az  internet saytı vasitəsilə elektron ərizə vermək imkanına malikdirlər.

Nazirliyin rəsmisi SABAH qrupları ilə bağlı məlumatları diqqətə çatdırdı.

Sonda layihə ilə bağlı müəllim və tələbələrin çoxsaylı  sualları cavablandırıldı. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov