Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Koreyalı diplomat Azərbaycan Dillər Universitetində olub

 

Mayın 24-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov  Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri, səfirin birinci müavini Cha Chang-Soonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Qonaqları salamlayan rektor, professor Səməd Seyidov onları ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. O, ADU ilə Koreya universitetləri arasında əlaqələrin yaranmasının 20 illiyi münasibətilə qonaqları təbrik etdi. ADU-da bu münasibətlə elmi simpoziumun başlayacağı diqqətə çatdırıldı. Bu günün xüsusi tarixi əhəmiyyəti olduğunu bildirən rektor ADU ilə Koreya universitetləri arasında əməkdaşlıqdan söz açdı. Bu münasibətlərin əsasının qoyulmasının Koreya-Azərbaycan əlaqələrinə böyük töhfə verdiyi vurğulandı. 

Səmimi  qəbula  görə  təşəkkür  edən  Koreya  Respublikasının  Azərbaycandakı səfirliyinin  müşaviri, səfirin  birinci  müavini  Cha  Chang-Soon  ADU-da  Koreya  dilinin tədrisinin, həmçinin Koreya mərkəzinin açılmasının 20 illiyi münasibətilə keçiriləcək tədbirin  əhəmiyyətindən  danışdı. 

Koreya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini deyən səfirin birinci müavini ADU-da fəaliyyət göstərən Koreya dili mərkəzinin bu istiqamətdə böyük rol oynadığını qeyd etdi. Qonaq ADU-nun Koreya universitetləri ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində apardığı işlərdən və bu ali təhsil ocağında Koreya dili mərkəzinin fəaliyyətindən məmnunluğunu dilə gətirdi.

Görüşdən sonra qonaqlar ADU-da keçirilən "Koreya dili mərkəzinin və Koreya dili  ixtisasının təsis edilməsinin 20 illiyi" münasibətilə təşkil olunmuş elmi simpoziuma qatıldılar. 

İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov