Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Dünya birinciliyinin qızıl mükafatçısı

 

Heydərov Hidayət Minayət oğlu 1997-ci il aprelin 4-də Bakıda  anadan olub. Uşaq yaşlarından idmana böyük həvəsi olan Hidayət 6 yaşından Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo bölməsində respublikanın əməkdar məşqçisi Tərlan Həsənovdan bu idman növünün sirlərini öyrənməyə başlayıb. İdmanla məşğul olduğu  vaxtdan  bu günə kimi Hidayət Heydərov özünü perspektivli  idmançı kimi göstərmiş, müxtəlif şəhər, respublika və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr əldə etmişdir. Onun ən böyük uğurlarından biri 2013-cü ilin iyununda Estoniyada keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin qalibi  və həmin ilin 8-11 avqust tarixlərində ABŞ-da  keçirilən yeniyetmələr arasında dünya  birinciliyinin 60 kq çəki dərəcəsində qızıl mükafatçısı olmasıdır. Qeyd edək ki, H.Heydərov 2012-ci ilin idman göstəricilərinə görə Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqədə "İlin ən yaxşı idmançısı" nominasiyası üzrə qalib hesab olunmuş və  fəxri fərmanla təltif edilmişdir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov