Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Gəncə Dövlət Universitetində konfrans keçirildi

 

Böyütmək üçün şəkili seçinMayın 26-da Gəncə Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

"Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində yeri və rolu" mövzusunda professor-müəllim, tələbə heyətinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Asif Cavadov iştirakçıları Respublika Günü münasibətilə təbrik etdi. Azərbaycan Xalq Cümhuriyyəti mərkəzinin o zaman Gəncəyə köçürülməsi və bu hadisənin Gəncənin tarixində mühüm əhəmiyyəti olduğu vurğulandı.  Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin daha da möhkəmlənməsindən danışan A.Cavadov indi Azərbaycanın bir dövlət kimi dünya ölkələri sırasında tanınmasını qeyd etdi.

Konfransda ümumi tarix kafedrasının baş müəllimi, dosent əvəzi Hüseyn Bəxtiyarov "Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublikadır", sosial fənlər kafedrasının müəllimi Asim Məmmədov "Qafqaz İslam ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə köməyi", coğrafiya kafedrasının dosenti Arifə Əhmədova "Azərbaycan Xalq Cümhuriyyəti dövründə mübahisəli ərazilər" mövzularında məruzə etdilər.

Azərbaycan tarixi kafedrasının müdiri, dosent Emma Aslanova öz çıxışında xüsusi vurğuladı ki, Azərbaycanın parçalanma təhlükəsi altında olduğu bir zamanda ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə  bu təhlükə aradan qaldırıldı. Qeyd olundu ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bayrağı dünya ölkələrinin bayrağı ilə yanaşı dalğalanır.

Sonra məruzələr ətrafında filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov, kimya kafedrasının dosenti, universitet TEC-in sədri Sahil İbrahimlinin verdiyi suallar məruzəçilər tərəfindən cavablandırıldı. 

Ümbülbanu HACIYEVA,
GDU-nun əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov