Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Şamaxıda böyük rus şairinin 200 illiyi qeyd edilib

 

Mayın 25-də Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Şamaxı şəhərində rus dili və ədəbiyyatından VI fənn olimpiadasını, həmçinin dahi rus şairi M.Y.Lermontovun anadan olmasının 200 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilən tədbirə  daha çox gözəllik bəxş etmişdir.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və  səlahiyyətli səfiri Vladimir Doroxin, səfirliyin digər rəsmi nümayəndələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan Resursları İdarəsinin aparıcı mütəxəssisi Natiq Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev və digər qonaqlar iştirak etmişlər.

Tədbir Şamaxı şəhəri E.Hüseynov adına 2 nömrəli tam orta məktəbdə keçirilmişdir. Məktəbdə tədris həm rus, həm də Azərbaycan dilində aparıldığından burada rus dilində keçirilən olimpiada və bədii qiraət müsabiqəsində Şamaxı məktəbliləri ilə yanaşı Qobustan və Ağsu  rayonundan olan şagirdlər də təmsil olunmuş və öz elmi biliklərini ortaya qoymuşlar.

Tədbirdə vurğulanmışdır ki, dahi rus şairi, Qafqaza vurğun  M.Y.Lermontov 1837-ci ilin fevralında Azərbaycanda olarkən qədim və şöhrətli Şamaxı şəhərinə də səyahət etmiş, buranın ədət-ənənələri ilə yaxından tanış olmuş, xalq nağılı "Aşıq Qərib" haqqında mülahizələrini bildirmişdir.

Səmimi münasibətə görə təşkilatçılara minnətdarlığını bildirən səfir Vladimir Doroxin tədbirin əhəmiyyətindən söz açmışdır.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev çıxışlarında xüsusi olaraq vurğulamışlar ki, Azərbaycan-Rusiya əlaqələrinin tarixi olduqca qədimdir.

Belə ki, IX-XII əsrlərin yazılı məxəzlərində Azərbaycan parçalarının Rusiyada çox məşhur olduğu, rus tacirlərinin Şamaxıya və Təbrizə mal almağa gəlməsi göstərilmişdir.

Yüksək bədii xüsusiyyətlərə malik güləbətin tikmələrinin adı M.Y.Lermontovun əsərlərində də çəkilmişdir.

Tədbir iştirakçıları daha sonra Azərbaycan-Rusiya əlaqələrinin bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulamışlar.

Tədbirdə bilik və bacarıqlarını nümayiş etdirən şagirdlər müvəffəqiyyətli çıxışları ilə, xüsusən rus dilində sərbəst danışmaq, mühakimələr irəli sürməklə gözəl qiraətləri və şeir söyləmələri ilə iştirakçıları heyran qoymuşlar.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir. 

Ədalət MƏMMƏDOV,
Şamaxı RTŞ Metodkabinetinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov