Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Ən yaxşı müəllimlərimiz

 

Arzu HACIYEVA,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin tarix müəllimi
 

1968-ci ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə N.Tusi adına  Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-dövlət hüququ fakültəsini fərqlənmə diplomu ilə bitirib. AMEA-nın dissertantıdır. 2012-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. Şagirdləri respublika fənn olimpiadalarında və bir çox müsabiqələrdə uğurla çıxış edirlər. Təhsil sahəsində həyata keçirilən islahatlarda yaxından iştirak edir. Bir çox treninq və layihələrdə fəal iştirakına görə Fəxri diplom və sertifikatlara layiq görülüb.


Leyla ƏLİYEVA,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin biologiya müəllimi
 

1979-cu ildə Yardımlı rayonunda  anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Həmin ildən də BSU-nun Məktəb-Lisey Kompleksində biologiya müəllimi işləyir. Təhsil islahatı ilə bağlı keçirilən bir çox treninqlərdə, vaxtaşırı təkmilləşmə kurslarında, Təhsil Nazirliyinin təşkil etdiyi seminar-treninqlərdə iştirak edib.

2007-2008-ci illərdə Strategiya və İnkişaf İnstitutunun (Gürcüstan, Tbilisi) təşəbbüsü ilə Azərbaycandilli məktəblər üçün orta təhsil kursu üzrə biologiya fənnini əhatə edən dərsliklərin rus dilindən Azərbaycan dilinə tərcüməsi proqramında iştirak edərək redaksiya qrupunun üzvü olub. Bir çox treninq və kursların fəal iştirakçısıdır. 2011-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.


Gülnar RƏHİMOVA,
BSU Məktəb-Lisey Kompleksinin biologiya və həyati bacarıqlara əsaslanan təhsil fənləri müəllimi
 

1974-cü ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini bitirib. Fəaliyyəti  dövründə bir çox nailiyyətlər əldə edib. Belə ki, 2010-cu ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2005-ci ildə "Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili" çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Pedaqoji mühazirələr"in şəhər turunda birinci dərəcəli diploma layiq görülüb. Hazırda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun fəlsəfə doktoru proqramı üzrə dissertantıdır.


Fəttah FƏTTAYEV, 
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksi riyaziyyat və informatika kafedrasının müdiri
 

Yardımlı rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunu bitirərək ikinci ali təhsilini alıb. 1997-ci ildən Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində riyaziyyat-informatika müəllimi vəzifəsində işləyir. Hazırda riyaziyyat və informatika kafedrasının müdiridir. 2012-ci ildə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.

Dərsliklərin qiymətləndirilməsi üzrə Ekspert Şurasına üzv seçilib. Layihə başa çatana qədər Ekspert Şurasında fəaliyyət göstərib. 2014-cü ildə isə Dərsliklərin yazılması və qiymətləndirilməsi ilə bağlı ABŞ-dan dəvət olunmuş mütəxəssislərin keçirdikləri treninqlərdə iştirak edib. Bundan başqa "İnteraktiv təlim metodları", "İstedadlı şagirdlərlə iş" kurslarını müvəffəqiyyətlə başa vurub və müvafiq sertifikatlar alıb. Kompüter bilikləri üzrə Avropa standartlarına uyğun ECDL sertifikatına layiq görülüb. Təhsil Problemləri İnstitutunun doktorantıdır. Yeddi kitab, 40-dan artıq elmi, publisistik məqalənin müəllifidir.


Oktay HƏSƏNOV,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin fizika müəllimi
 

1959-cu ildə Dərbənd şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. 2009-cu  ildən  Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksində fizika müəllimi vəzifəsində çalışır. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bir çox elmi məqalələrin müəllifidir. 2013-cü ildə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. Nadir torpaq elementlərinin iştirakı ilə AIVBVI əsasında alınmış yarımkeçirici materialların elektrofiziki xassələrinə  dair elmi-tədqiqat işi aparır. Bir çox beynəlxalq seminar, simpozium və konfransların iştirakçısıdır. Dövri mətbuatda və elmi jurnallarda bir çox məqaləsi dərc olunub. Bir neçə kitabın müəllifidir.

 Hazırladı: Niyazi RƏHİMOV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov