Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

"Azərbaycan müəllimi" qəzetinin facebook səhifəsi istifadəyə verilib

 

Böyütmək üçün şəkili seçinMüasir dövrümüzdə dünyanın müxtəlif yerlərindən minlərlə İnternet istifadəçisi könüllü olaraq öz vaxtını, təcrübə  və biliyini sosial şəbəkələrdə informasiya mübadiləsinə sərf edir. Araşdırmalar göstərir ki, sosial şəbəkələr çox nəhəng bir informasiya resursudur. Bu şəbəkələrə dünyanın müxtəlif dillərində hadisələr, məhsullar, təşkilatlar və s. haqqında çoxlu sayda məlumatlar daxil edilir. Günün tələblərinə  cavab  vermək,  çevik  və  operativ  informasiya  mübadiləsini  təmin  etmək,   müxtəlif  yazılar haqqında  oxucuların  fikirlərini  öyrənmək  məqsədilə  qəzetimizin  facebook (www.facebook.com/muallim.edu.az) səhifəsi yaradılıb.  Səhifədə 2011, 2012, 2013 və 2014-cü illərdə çapdan çıxan nömrələrin arxivi elektron versiyada yerləşdirilib. Bununla yanaşı xüsusi diqqət daşıyan məqalələrin də facebook səhifəsində yerləşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, səhifədə Təhsil Nazirliyinin facebook səhifəsi ilə informasiya mübadiləsi də aparılacaq. İstifadəçilərdən oxuduqları materiallara öz münasibətlərini bildirmələrini və fikirlərini bölüşmələrini xahiş edirik.  

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov