Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Qafqaz Universiteti texnoparkının yeni fikir müsabiqəsinə yekun vuruldu

 

Qafqaz Universiteti Texnoparkının ideya müəllifi və təşkilatçısı olduğu "Yeni Fikir Müsabiqəsi"nin bu il üzrə layihəsi başa çatıb. Bu münasibətlə Bakı Biznes Mərkəzində müsabiqənin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə qeyd olunub ki,  Qafqaz Universiteti Texnoparkının Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosistemin inkişaf etdirilməsi məqsədilə həyata keçirdiyi layihələrdən biri olan  "Yeni Fikir Müsabiqəsi"nin  əsas hədəfi gənclərdə sahibkarlıq hissini gücləndirməkdir. Müsabiqə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verir.

Artıq ikinci ildir ki, təşkil olunan "Yeni Fikir Müsabiqəsi"ndə bu il bir sıra yeniliklər olub. Belə ki, ilk növbədə gənclər arasında müsabiqəyə maraq artıb və bunun nəticəsi olaraq təqdim edilən layihələr çoxalıb. Əgər ötən il yarışmaya ilkin mərhələdə 57 layihə təqdim olunmuşdusa, bu il onların sayı 229 olub. Keçən il qalib layihələr üçün pul mükafatı nəzərdə tutulmadığı halda bu il həmin  məqsəd üçün kifayət qədər vəsait ayrılıb.

Sonra finala vəsiqə qazanmış 10 layihənin təqdimatı olub: layihə rəhbərləri öz işlərini münsiflər heyətinə təqdim ediblər. Finalçıların çıxışları maraqla qarşılanıb. Münsiflər heyətinin yekun qiymətləndirməsinin nəticələrinə əsasən real biznesə yaxın 5 layihə qalib elan olunub. Birinci yerə layiq görülən layihənin müəlliflərinə müvafiq diplomla bərabər 10 min, ikinci yerin sahiblərinə 5 min, üçüncü yerin  sahiblərinə isə 3 min manat mükafat verilib.

Mərasimdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, münsiflər heyətinin sədri, "Yeni Həyat" şirkətlər Qrupunun Direktorlar Şurasının üzvü Mədət Rüstəmov qalibləri təbrik edib və yarışmanın əhəmiyyətindən danışıblar. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov