Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

ADİU-da "İnnovativ biznes inkubator" yaradılıb

 

Azərbaycan Dövlət İqtisad Universitetində yeni layihəyə start verilib. Layihə "İnnovativ biznes inkubator" adlanır. Universitetin nəzdində "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdir.

Layihədə  həmçinin, ADİU-nun  professor-müəllim  heyətinin  sosial təminatının yaxşılaşdırılması da nəzərdə tutulub. Onlar "İnnovativ  biznes  inkubator"  layihəsi  çərçivəsində  innovativ  biznes  yönümlü  metodiki vəsaitlərin  yazılması,  təlim  və  "ustad  dərsləri"nin  keçilməsi, mentorluq, konsaltinq, biznes  planların,  keyslərin  hazırlanması və bu  kimi  məsələlərə  cəlb  ediləcəklər.

İnkubatorun əsas funksiyaları "Start-up" layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji məsələlərdə və maliyyə dəstəyi ilə  kömək etməkdir. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov