Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü və İ.N.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Moskvada qəyyumluğa götürülmüş yetim uşaqlar üçün xeyriyyə aksiyası keçirilmişdir. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmişdir.

Qəyyumluğa götürülmüş yetim uşaqlar üçün bayram şənliyi Mandelştam adına parkda təşkil edilmişdi. Fəallar fokusçunun və rəqs qruplarının iştirakı ilə məxsusi bu uşaqlar üçün əyləncəli proqram hazırlamışdılar. Şənliyin balaca səbəbkarları müxtəlif müsabiqələrdə iştirak etmiş, oynamış, əylənmişlər. Uşaqları qəyyumluğa götürənlər də kənarda qalmamış, balacalarla bərabər əyləncəli oyunlarda iştirak etmiş, pryaniklərin üstündə rəsmlər çəkmiş, müxtəlif oyuncaqlar düzəltmişlər.

Gənc Stomatoloqlar Assosiasiyasının fəalları balacalara dişlərə necə qulluq etmək lazım olduğunu öyrətmişlər. Bayram şənliyinin təşkilində və keçirilməsində iştirak edən fəallar arasında İ.N.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan, Yaponiya, Malayziya, Özbəkistan və Çindən olan tələbələri də vardı.

Şənliyin sonunda bütün uşaqlara hədiyyələr verilmiş, valideynlərə isə AMOR jurnalının nömrələri paylanmışdır. Həmin gün parkda yoldan keçənlər də xoşbəxt və qayğısız anlar yaşayan balacaların sevincinə qoşulmuşlar. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov