Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

ADU-nun tələbə və müəllimləri dünyanın ali məktəblərində təcrübələrini artırıblar

 

İyunun 11-də Azərbaycan Dillər Universitetində  (ADU) rektor, Milli Məclisin deputatı, professor Səməd Seyidovun ADU tərəfindən müxtəlif proqramlar üzrə xaricdə təhsil almış və alacaq tələbə və müəllimlərlə görüşü keçirildi. Tədbir  Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.  Sonra ADU-nun rektoru Səməd Seyidov çıxış edərək  rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən danışdı.  Rektor Azərbaycanda aparılan təhsil islahatlarından söz açaraq bildirdi ki, gənclik hansısa universiteti seçərək əsas 3 amilə diqqət yetirir.

"Müasir gənclik təhsil müəssisəsində tədrisin vəziyyəti, təhsil müəssisəsində potensialın yüksəldilməsinin mümkünlüyü və tədris müəssisəsinin nümayəndəsi olaraq dünya ilə ünsiyyətdə olmaq imkanı kimi məsələləri nəzərdən keçirir" - deyə o, vurğuladı.  

Rektor ADU-nun təşəbbüsü əsasında 300-dən çox tələbənin dünyanın müxtəlif universitetlərində təhsil almağa göndərildiyini dedi.

Bildirdi ki, qısa müddət ərzində Azərbaycan Dillər Universiteti ilə Böyük Britaniyanın Esseks Universiteti arasında yüksək səviyyədə əlaqələr qurulub.  Bu əlaqələrin inkişaf etdiyini deyən ADU rektoru tələbələrin xarici universitetlə birbaşa münasibətlər qurmaq imkanlarının yaradıldığını nəzərə çatdırdı.  Rektor Norveçin Aqder, Oslo universitetləri  ilə  olan  əlaqələrindən  də söz açdı.

Görüşdə Milli Məclisin deputatı Asim Mollazadə, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı  İlham Hümbətov çıxış edərək ADU-nun Azərbaycan təhsilində, dil mütəxəssislərinin yetişməsində aparıcı ali təhsil müəssisəsindən biri olduğunu dedilər, eləcə də universitetin iştirak etdiyi bir sıra proqramlardan söz açdılar.  

İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov