Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

İyunun 13-də növbəti buraxılış imtahanları keçiriləcək

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) verdiyi məlumata görə, bu gün respublikanın bir sıra şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcəkdir.

İmtahanlar Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənddə ümumilikdə 84 imtahan mərkəzində aparılacaqdır.

Bu imtahanlarda ümumilikdə 47547 şagirdin imtahan verəcəyi gözlənilir.

Həmin imtahanlarda iştirak edəcək şagirdlər "imtahana buraxılış vərəqəsi"ni İnternet vasitəsilə çap edib götürmək imkanı əldə ediblər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunub.

Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

İyunun 13-də keçirilən 9-cu siniflərin buraxılış imtahanında  Naxçıvan MR-də 4115, Lənkəranda 2167, Astarada 1264, Masallıda 2374, Lerikdə 737, Yardımlıda 888, Cəlilabadda 2599, Biləsuvarda 1559, Şirvanda 1002, Hacıqabulda 807, İmişlidə 1309, Saatlıda 1185, Sabirabadda 2301, Salyanda 1680, Neftçalada 906, Füzulidə 936, Beyləqanda 1134, Xocavənddə isə 72 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

11-ci siniflərin buraxılış imtahanında isə Naxçıvan MR-də 4211, Lənkəranda 1640, Astarada 1001, Masallıda 1466, Lerikdə 472, Yardımlıda 687, Cəlilabadda 1648, Biləsuvarda 1156, Şirvanda 668, Hacıqabulda 595, İmişlidə 1145, Saatlıda 735, Sabirabadda 1743, Salyanda 1152, Neftçalada 675, Füzulidə 691, Beyləqanda 784, Xocavənddə isə 43 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 192 imtahan rəhbəri, 2579 nəzarətçi müəllim ayrılıb.  

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov