Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Dünya çempionatının qızıl mükafatçısı

 

Məhəmməd Cəbrayıl oğlu Məmmədov 1997-ci ildə Bakıda anadan olub. Uşaq yaşlarından idmanın taekvanda növünə həvəs göstərib. Bakıdakı 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində təcrübəli məşqçi-müəllim Səbuhi  Zülfüqarovdan bu idman növünün sirlərini öyrənməyə başlayıb. Dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi olub.  2013-cü ilin sentyabrında Portuqaliyanın  Porto şəhərində 45 ölkənin idmaçılarının iştirakı ilə keçirilən Avropa çempionatında I, bu ilin martında Çin Xalq Respublikasının Nanjinq şəhərində gənclər arasında 110 ölkənin təmsilçilərinin iştirakı ilə dünya çempionatında  10-cu turnirdə Məhəmməd fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finala qədər heç bir rəqibinə şans verməyib. Finalda İtaliya taekvandoçusu ilə qarşılaşan millimizin üzvü 11:0 hesabilə qalib gələrək qızıl medala sahib olub.

Arzusu daha böyük qələbələrə imza ataraq ölkəmizi layiqli təmsil etmək və üçrəngli bayrağımızı mötəbər arenalarda zirvələrə qaldırmaqdır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov