Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Neft-qaz hasilatı məsələlərinə dair beynəlxalq seminar

 

İyunun 17-də Bakı Ali Neft Məktəbində  "Yataqların işlənməsinin  quruda və dənizdə karbohidrogenlərin hasilatının müasir texnologiyaları" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov seminarın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın "Confidence Capital" şirkəti ilə birgə təşkil olunduğunu bildirib. Qeyd olunub ki, məqsəd Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, həmçinin dəniz və quruda karbohidrogen ehtiyatlarının hasilatı sahələrində əldə etdiyi təcrübəni xarici ölkələrin neft-qaz sektorunda çalışan mütəxəssislər arasında yaymaqdır. Seminarda bir sıra ölkələrdən gəlmiş mütəxəssislər də iştirak edir. Seminar iştirakçılarına 3 gün ərzində Bakı Ali Neft Məktəbi, Schlumberger, Halliburton, Statoil və TIORCO şirkətlərinin mütəxəssisləri tərəfindən tədbirin mövzusuna aid çoxsaylı məruzələr təqdim olunub. İştirakçıların dəniz neft mədənlərinə səfərləri təşkil edilib.

Azərbaycanın zəngin neft-qaz hasilatı tarixindən danışan  ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirin Bakı Ali Neft Məktəbində təşkil edilməsinin təqdirəlayiq olduğunu, ARDNŞ-nin bu cür tədbirlərə həmişə dəstək verəcəyini bildirib, belə tədbirlərin ölkələr və mütəxəssislər arasında təcrübə mübadiləsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

17-19 iyun tarixlərində seminar iştirakçıları tərəfindən neft-qaz yataqlarının parametrlərinin ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftvermənin artırılması üsulları, hasilat texnologiyaları və s. mövzularda mühazirələr dinlənilib.

İyunun 20-də seminar iştirakçıları üçün "Neft daşları" Neftqazçıxarma İdarəsinin mədənlərinə səfərlər təşkil olunacaqdır.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov