Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

BSU Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq olimpiadada uğur qazandılar

 

Böyütmək üçün şəkili seçinBu günlərdə Moskvada Beynəlxalq Rus dili günü və Puşkinin anadan olmasının 215 illiyinə həsr olunmuş məktəblilər arasında XIII Beynəlxalq Rus dili olimpiadası baş tutub. Olimpiada Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi,  Rossotrudniçestvo Federal Agentliyi, Rus Dili və Ədəbiyyat Müəllimlərinin Beynəlxalq Assosiasiyası və "Russkiy mir" fondunun dəstəyi ilə A.S.Puşkin adına Rus Dili İnstitutu tərəfindən keçirilib.

Qeyd edək ki, olimpiadada dünyanın 29 ölkəsindən (Azərbaycan, Avstriya, Bolqarıstan, İsrail, Serbiya, Niderland, Çernoqoriya, Finlandiya və b.) 205 məktəbli və  müəllim iştirak edib. Azərbaycan olimpiadada Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Rauf Babayev, İrana Zeynalova, Hüseyn Abbasov, Vladlena Danoy, VII sinif şagirdi Zlat Danoy, həmçinin 160 nömrəli klassik gimnaziyanın X sinif şagirdi Maya Novruzovadan  ibarət nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinə BSU Məktəb-Lisey Kompleksinin rus dili müəllimi Rauf Ayzatullin rəhbərlik edib.

BSU-nun və Məktəb-Lisey Kompleksinin təmayülünə uyğun olaraq slavyan dilləri, o cümlədən rus dili və ədəbiyyatı üzrə keçirilən beynəlxalq tədbirlərdə və bilik yarışlarında iştiraka xüsusi önəm verən rəhbərlik üç ay ərzində şagirdlərin beynəlxalq olimpiadaya hazırlaşması üçün xüsusi tədbirlər planı tərtib etmişdi.

Gərgin və maraqlı keçən bu intellektual yarışmanın sonunda beynəlxalq olimpiadanın 10 nəfər mütləq qalibinin siyahısı açıqlanıb. Ölkəmiz üçün fərəhləndirici haldır ki, bu mütləq qaliblərin sırasında həmyerlimiz Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin X sinif şagirdi Hüseyn Abbasov da yer tutub. Fəxri diplomla təltif olunması ilə yanaşı, ona Rusiya Federasiyası büdcəsi hesabına Rusiyanın aparıcı ali məktəblərində təhsil almaq hüququ verilib.

Nəzərə çatdıraq ki, liseyin digər şagirdləri də bütün müsabiqə və imtahanlarda özlərini layiqincə göstərərək diplom və sertifikatlarla təltif olunublar.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov