Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında intellektual yarış

 

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 26 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında "100 sual - 100 cavab intellekt yarışı"  keçirilmişdir.

Məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin təbiət elmlərinə marağının artırılması, onların bu sahədə fəaliyyət göstərən dərnəklərə daha çox cəlb olunması, dünyagörüşlərinin formalaşdırılması, istedadlı uşaqların aşkara çıxarılması və yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi məqsədilə keçirilən yarışda ümumilikdə 24 komanda iştirak etmişdir.

Komandalar təbiət elmləri (fizika, astronomiya, kimya, biologiya və coğrafiya) üzrə  təqdim olunmuş 90 test sualını cavablandırmış, 10 məsələnin (fizika - 5, kimya - 5) həlli yollarını axtarmışlar. Hər test sualı "1", məsələlərin cavabları isə "2" balla qiymətləndirilmişdir.

Qiymətləndirmənin nəticələrinə görə, yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzinin komandası  97 balla I, 27  nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin komandası 87 balla II, 38 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin komandası 81 və 30 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin komandası 79 balla III yerə layiq görülmüşlər. 

Sonda qaliblərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir.  

bakuedu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov