Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Təhsil Problemləri İnstitutunda almaniyalı ekspertlərlə görüş olub

 

İyunun 18-də Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov Almaniyanın "Denkmodell" şirkətinin ekspertlərini qəbul edib. TPİ-nin direktoru Qulu Novruzov qonaqları salamlayaraq onlara respublikamızda uğurla həyata keçirilən təhsil siyasətindən danışıb.  Natiq Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun yeni yaradılmış strukturu, peşə-ixtisas təhsili şöbəsi haqqında xüsusi məlumat verib.

Qulu Novruzov  həmin şöbənin gördüyü və görəcəyi işlər barədə, şöbənin əsas vəzifələri və qarşısında duran daha yeni məzmunda aparılacaq tədqiqatlar və s. haqqında danışıb. Sonra peşə ixtisas təhsili şöbəsinin hazırladığı kurikulumlar barədə qonaqlara geniş məlumat verilib və  hazır vəsaitlər təqdim olunub.

Qeyd edək ki, görüş zamanı məlum oldu ki, hökumətlərarası razılaşma əsasında və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 2008-ci ildən Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramını həyata keçirir. Proqramın əsas məqsədi Azərbaycanda iqtisadi inkişaf proseslərinin planlaşdırılması və icrasını yaxşılaşdırmaqdan ibarətdir.

Almaniyanın "Denkmodell" şirkətinin ekspertləri müzakirə zamanı üç komponentdən ibarət olan bu proqramın bir komponentinin Azərbaycanda ixtisaslaşmanın və məşğulluğun təşviq edilməsi məqsədi daşıyan tədbirlər planının həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bu istiqamətdə tədbirlərin davamı olaraq peşə təlimi və tədrisi sahəsində çalışan qurumların idarəetmə və mütəxəssis heyəti üçün liderlik təlimlərinin keçirilməsini nəzərdə tutduqlarını söyləyiblər.

Sonda beynəlxalq ekspertlər görüşdən məmnun qaldıqlarını bildiriblər və gələcəkdə Təhsil Problemləri İnstitutu ilə sıx əməkdaşlıq etmək arzusunda olduqlarını vurğulayıblar.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov