Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Görkəmli dövlət xadimi və şair yad edildi

 

Bu günlərdə Hacıqabul rayonu Kolanı kənd tam orta məktəbində görkəmli dövlət xadimi və şair Şah İsmayıl Xətainin anadan olmasının 527-ci ildönümü münasibəti ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arifə Əliyeva çıxış edərək Şah İsmayıl Xətainin xalqımızın tarixindəki yeri və xidmətləri barədə danışdı. Səfəvilər dövlətinin banisi olan Ş.İ.Xətainin həm də ana dilimizin ilk dəfə rəsmi dövlət dili elan olunmasında, ədəbiyyatımızdakı xidmətləri barədə məlumat verdi.

Məktəbin tarix müəllimi Z.İbrahimov Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin həyatı haqqında geniş məlumat verdi. Qeyd olundu ki, Sacilər dövlətindən sonra ikinci dəfə müstəqil vahid Azərbaycan dövləti yaratmış, ərazisi 514 min km2 olan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin xalqımızın tarixində silinməz izlərlə adını əbədi həkk etdirib.

Məktəbin dil-ədəbiyyat müəllimi X.Xəlilova çıxışında Şah İsmayıl Xətainin anadilli poeziyamızın inkişafındakı müstəsna xidmətlərindən danışaraq Xətainin əsərləri barədə söz açdı.

Sonda şagirdlər şairin şeirlərindən hissələr, əsərlərindən parçalar söylədilər. Maraqlı keçən tədbir Koroğlu uvertürasının səslənməsi ilə başa çatdı.  

Zaur FATEH,
Hacıqabul rayonu Kolanı kənd tam orta məktəbinin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov