Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Şəkidə daha beş yeni məktəb binası inşa olunur

 

Şəki Rayon Təhsil  Şöbəsindən aldığımız məlumatda bildirilir ki, rayonda təhsl  müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

2014-cü ilin sonunadək rayonun kəndlərində daha 5  yeni məktəb  binasının istifadəyə verilməsi nəzərdə  tutulub. Hazırda Şin kəndində tam orta məktəb üçün 280, Baş Şabalıd kəndində 120, Qoxmuq kəndində 840, Baş Göynük kəndində 1 nömrəli tam orta məktəb üçün 640 və  Göybulaq kəndində ümumi orta məktəb üçün 180 şagird yerlik yeni məktəb  binalarının tikintisi sürətlə davam etdirilir. Qeyd edək ki, dövlət vəsaiti  hesabına inşa  edilən bu məktəb binalarının tikintisinə 2013-cü ildə başlanılmışdır. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov