Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Şahmat turnirinə yekun vurulub

 

8-12 iyun  tarixlərində Şamaxıda  məktəbli  şahmatçılar arasında rayon birinciliyi keçirilmişdir. Şamaxı  şahmat  məktəbində  təşkil  olunmuş  turnir  Milli Qurtuluş  Gününə  həsr  edilmişdir. Turnir  başlamazdan öncə  iştirakçılar  ümummilli  lider Heydər Əliyevin  abidəsini  ziyarət  etmişlər.

Turnirdə  88 şahmatçı  İsveçrə sistemi üzrə  mübarizə  aparmışdır. 9 tur  oynanılmışdır. Yarışda 5  yaş qrupu  üzrə  oğlan və  qızlar  arasında qaliblər  müəyyən  edilmişdir. 9  xaldan  8.5 xal  toplayan  Şamaxı şahmatçısı  Niyaz  Məmmədov  ümumi  turnirin  qalibi  olmuşdur.

Müvafiq  yaş qruplarında  qızlar  arasında şəhər  2 nömrəli tam orta  məktəbin   şagirdləri  - II  sinif  şagirdi  Gülnar  Gülməmmədova (8 yaş), III sinif  şagirdi  Səbinə Seyidzadə  (10 yaş), V sinif  şagirdi Nəzrin Əhmədova  (12 yaş),  Mədrəsə  qəsəbə  tam orta  məktəbinin  VII sinif  şagirdi  Səfiyyə  Əlləzova (14 yaş), Şamaxı  Avropa  liseyinin  VIII sinif  şagirdi  İzzət  Ağayeva (16 yaş) qalib  gələrək çempionluq  sevincini  yaşamışlar.

Oğlanlar  arasında  isə  şəhər  2  nömrəli tam orta  məktəbin  şagirdləri - II  sinif  şagirdi  Cəlil  Əliyev ( 8  yaş), III  sinif  şagirdi  Mirəziz  Babayev (10 yaş),  9 nömrəli tam orta  məktəbin VI  sinif  şagirdi  Ramazan Mecidov (12 yaş), 1 nömrəli tam orta   məktəbin  VII sinif  şagirdi  Cavanşir  Məmmədov (14 yaş), həmin  məktəbin IX sinif  şagirdi  Ülvi  Xudiyev 16  yaşlılar  arasında qalib olmuşlar.

Qaliblərə  və  digər mükafatçılara diplomlar  və  hədiyyələr  təqdim edilmişdir.

Turnir  təsnifat  xarakterli  olduğu  üçün  şahmatçılara  müvafiq  idman  dərəcələri də  verilmişdir. Yarışın  nəticələrinə  əsasən iyul  ayında  İsmayıllı  şəhərində  keçiriləcək yeniyetmələr arasında respublika şahmat olimpiadasında  iştirak edəcək şahmatçılar da müəyyən  edilmişdir.

Şahmatçılarımıza  uğurlar  arzulayırıq. 

Asif  AĞAYEV,
Şamaxı  Uşaq-Gənclər Şahmat  Məktəbinin direktoru,
əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov