Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Bakı Dövlət Universitetində anlaşma memorandumu imzalanıb

 

İyunun 23-də Ali peşə təhsili üzrə federal dövlət təhsil müəssisəsi N.P.Oqaryov adına Mordoviya Dövlət Universitetinin rektoru Serqey Mixayloviç Vdovin,  həmin universitetin rus dili kafedrasının professoru Elvira Nikolayevna Akimova və biotexnologiya kafedrasının professoru Davud Aliyeviç Kadimaliyev Bakı Dövlət Universitetində olublar.

Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov universitet və onun beynəlxalq əlaqələrindən, üzvü olduğu qurumlardakı fəaliyyətindən danışıb. Sonda birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar, konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak məsələlərini nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Daha sonra qonaqlar universitetlə tanış olub, Heydər Əliyev muzeyi, Rus Mərkəzi, poliklinika, Tədris Elektron Mərkəzi, elmi laboratoriyalara baxış keçiriblər. 

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov