Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Azərbaycan Dövlət İqtisad Universitetində "Tyutor hazırlığı" təlimləri başa çatıb

 

Böyütmək üçün seçinİyunun 23-də Azərbaycan Dövlət İqtisad Universitetində orta ixtisas təhsili müəssisələri üçün "Tyutor hazırlığı" təlimlərini müvəffəqiyyətlə bitirənlərə sertifikatların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov, təhsil nazirinin müşaviri İlham Pirməmmədov və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rektor bildirib ki, Təhsil Nazirliyinin sifarişi ilə təşkil olunan bu təlimlər Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən həyata keçirilir. Ə.Muradov vurğulayıb ki, bu strategiya ilə Azərbaycanda təhsil sferasının islahatları və modernləşməsinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Boloniya sistemində tyutorların əhəmiyyətindən danışan rektor bildirib ki, iki ay davam edən təlimlər universitetin təcrübəli təlimçiləri tərəfindən həyata keçirilib.

Təhsil nazirinin müşaviri İlham Pirməmmədov çıxışında qeyd edib ki, tyutor sistemi ADİU-da müvəffəqiyyətlə tətbiq olunur. Bu səbəbdən də təlimlərin keçirilməsi məhz bu universitetə həvalə olunub.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələri üçün ilk dəfə təşkil olunan təlimdə ölkədə fəaliyyət göstərən 48 orta ixtisas müəssisəsindən nümayəndələr iştirak edib.

Təlim ən müasir, interaktiv üsullarla aparılıb, üstünlük təşkil edən praktiki dərslərin sayəsində gələcək tyutorların peşəkar bilik və səriştəsinin artırılmasına zəmin yaradılıb. Təlimdə dərslər kredit sistemi ilə tədrisin təşkili qaydaları əsasında keçirilib. Keçirilən mövzuları tam mənimsəmək üçün Virtual kollec yaradılıb.

Tədbirin sonunda təlim iştirakçılarına  sertifikatlar təqdim  olunub. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov