Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının hesabat yığıncağı

 

Böyütmək üçün seçinİyunun 24-də Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının hesabat yığıncağı keçirilib. Hesabat yığıncağını Tələbə Gənclər Təşkilatının sədri Nigar Talıbova açaraq hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, universitet Tələbə Gənclər Təşkilatının üzvləri böyüməkdə olan gənc nəslin vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında istiqamətləndirilməsində, şəhər tədbirlərində, tələbələrin ümumrespublika yarışlarında fəal iştirak etmiş, daim birincilər sırasında dayanıb. N.Talıbova təşkilata sədrlik göstərdiyi 3 il ərzində şəxsi təşkilatçılığı ilə keçirilmiş bütün tədbir və konfranslar haqqında ətraflı məruzə edib.

Təlim-tərbiyə işləri üzrə prorektor Asif Cavadov yığıncaq iştirakçılarını universitetin rektoru, professor Yusif Yusibovun adından salamlayaraq Tələbə Gənclər Təşkilatının səmərəli fəaliyyətindən danışıb. N.Talıbovaya universitet rəhbərliyinin təşəkkürünü çatdırıb.

Sonra yığıncaq iştirakçılarına Tələbə Gənclər Təşkilatının 3 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Yığıncaqda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Odlar Yurdu Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev və başqaları çıxışlarında Tələbə Gənclər Təşkilatının fəallığından, Gəncənin 2016-cı ildə Gənclər Paytaxtı seçilməsində GDU tələbələrinin böyük zəhmətindən bəhs ediblər.

Sonra Universitet Tələbə Gənclər Təşkilatının fakültələr üzrə yeni idarə heyəti seçilib. İqtisadiyyat və idarəetmə fakültəsinin fəal tələbəsi, təşkilatın idarə heyətinin üzvü Orxan Məmmədov universitet Tələbə Gənclər Təşkilatının sədri seçilib.

Sonda Asif Cavadov yeni seçilmiş idarə heyətinə və təşkilatın sədri Orxan Cəfərova bu şərəfli, həm də məsuliyyətli vəzifələrini ləyaqətlə yerinə yetirəcəklərindən ümidvar olduğunu bildirərək onlara uğurlar arzulayıb. 

Ümbülbanu HACIYEVA,
GDU-nun əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov