Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

İbtidai sinif müəllimləri üçün ixtisasartırma kursunda məşğələlər davam edir

 

Hər il olduğu kimi, bu il də Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filalında ibtidai sinif müəllimləri üçün təşkil olunmuş iyunun əvvəlindən başlanan məşğələlər ayın sonuna kimi davam edəcəkdir. Şəhərimizin tam orta məktəblərində çalışan və Qubadlı Rayon Təhsil Şöbəsi tərəfindən göndərilmiş ibtidai sinif müəllimləri bu kursun dinləyiciləridir.

Filialda kursda iştirak edən dinləyicilər üçün sinif otaqları və geniş auditoriyalar ayrılmışdır. Kurs məşğələlərinin keçirilməsində əsas məqsəd ibtidai siniflərdə tədris olunan fənlər üzrə fənn kurikulumlarının öyrədilməsi, kurikulumun məzmunu, strukturu, tətbiq edilməsi və tələblərinin öyrədilməsi məsələləri ilə əlaqədar müəllimlərə köməklik göstərməkdir. Bu sahədə Azərbaycan Müəllimlər İnstitutunun pedaqogika və psixologiya üzrə  tanınmış alimləri və filialın  müəllimlərindən - Lalə Əliyeva, Əhliman Dadaşzadə, Tahirə Qasımova və başqaları dinləyicilərə  əyani şəkildə köməklik göstərirlər.

Beləliklə, mühazirə və həm də  seminarları aparan müəllimlər ayrı-ayrı fənlərin  tədrisi zamanı dərslərin müasir tələblərə cavab verəcək və şagirdlər tərəfindən dərk ediləcək  səviyyədə kurs  dinləyicilərinə daha ətraflı məlumat verirlər. Həmçinin şəhərimizin orta ümumtəhsil məktəblərində çalışan qabaqcıl və təcrübəli müəllimlərdən Almaz Namazova, İbrahim Kazımov, Çingiz Salmanov, Rəşid Hümmətov və Fikrət Nəzərov da kurslarda mühazirə və seminar dərsləri aparırlar.  

Əlhəddin PAŞAYEV,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov