Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Rima Abbas qızı Hənifəyeva

 

 Əməkdar müəllim, Prezident təqaüdçüsü Rima Abbas qızı Hənifəyeva vəfat edib.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış pedaqoq Rima Hənifəyevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və  yaxınlarına dərin hüznlə başsağlığı verir.

Rima Hənifəyeva 22 mart 1930-cu ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olub. 1947-ci ildə Yerevan Pedaqoji Texnikumunu, 1956-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) coğrafiya fakültəsini bitirib.

1949-cu ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1976-2007-ci illərdə Bakı şəhərindəki 54 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Qabaqcıl coğrafiya müəllimi və məktəb direktoru kimi iş təcrübəsi yayılıb. Ümumtəhsil məktəblərinin VII sinifləri üçün hazırlanmış coğrafiya dərsliyinin həmmüəlliflərindəndir.

Allah rəhmət eləsin!

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov