Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

SDU-da müəllimlər üçün kurslar keçirilir

 

İyunun 24-də Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyi və MƏDƏD təşkilatının birgə dəstəyi ilə ali məktəblərdə kurikulum islahatlarının tətbiqi ilə bağlı nəzərdə tutulmuş kurslar öz işinə başlamışdır.

Sumqayıt Dövlət Universitetində keçirilən kursun əsas məqsədi kurikulum haqqında müəllimləri  ətraflı məlumatlandırmaq, pedaqoji və metodika sahəsi üzrə təhsil alan tələbələrdə ümumi təhsilin fənn kurikulumlarını aşılamaqdır.

Qeyd edək ki, 2014-2015-ci illərdə SDU-da ibtidai sinif müəllimliyi üçün nəzərdə tutulmuş əlavə fənlər tədris olunacaq. Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirəcək.

 Kursda universitetin müxtəlif ixtisaslar üzrə tədrisin metodikası kafedralarının  müəllim heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi, kurikulum üzrə təlimçi Nurlanə Məmmədova  tədbirin əhəmiyyətindən danışıb. Bildirmişdir ki, kurikulumların,  ümumilikdə təhsildə aparılan inkişafyönümlü addımların daha uğurlu alınmasında məhz yaradıcı və yenilikçi müəllimlərin  rolu danılmazdır. Təlimçi Nurlanə Məmmədova kurikulum anlayışı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, kurikulum mənşəcə latın sözü olub, mənası "yol", "istiqamət" deməkdir. Diqqətə çatdırılıb ki, bizim tutduğumuz yol Azərbaycan  təhsilinin inkişafına uğurlu töhfələr verəcəkdir.

Tədbirdə ümummilli lider Heydər Əliyevin "Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz" müdrik kəlamı vurğulandı.

Həmçinin diqqətə çatdırılıb ki, 24 gün davam edəcək kursda hər gün yeni mövzu seçiləcəkdir. Kursun sonunda iştirak edən müəllimlərə sertifikat verilməsi nəzərdə tutulur.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov