Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə başa çatıb

 

Təhsil Nazirliyinin "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmri ilə təsdiq olunmuş Qaydalara müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.

2014-cü ilin may ayında yerlərdən daxil olmuş vakansiyalar Təhsil Nazirliyində təhlil olunub və elan edilib. 1-10 iyun tarixlərində elektron ərizələrin qəbulu aparılıb, ərizəsi təsdiq edilmiş 771 nəfər müəllim yerdəyişmə üzrə müsabiqəyə buraxılıb.

17-23 iyun 2014-cü il tarixlərində keçirilmiş müsabiqənin 1-ci mərhələsində test tapşırıqlarının yerinə yetirilməsinin nəticəsi olaraq ən yüksək bal toplamış namizədlərdən 140 nəfəri 2-ci mərhələyə-müsahibəyə buraxılıb. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Fənlər üzrə nəticələr belə olub: tarix müəllimi-20 nəfər; ibtidai sinif müəllimi-16 nəfər; Azərbaycan dili və ədəbiyyat müəllimi-11 nəfər; coğrafiya müəllimi-10 nəfər; biologiya müəllimi-10 nəfər; fizika müəllimi-9 nəfər; riyaziyyat müəllimi-7 nəfər; ingilis dili müəllimi-6 nəfər; kimya müəllimi-2 nəfər; musiqi müəllimi-2 nəfər; informatika müəllimi-1 nəfər; rus dili müəllimi-1 nəfər; fiziki tərbiyə müəllimi-1 nəfər.

İş yerini dəyişən 96 müəllimin şəhərlər (rayonlar) üzrə seçimi belə olub: Bakı şəhərini 40 nəfər; Gəncə şəhərini 4 nəfər; Şirvan şəhərini 1 nəfər; Abşeron rayonunu 5 nəfər; Goranboy, Hacıqabul və Tovuz rayonlarının hər birini 4 nəfər; İsmayıllı və Oğuz rayonlarının hər birini 3 nəfər; Ağdam, Bərdə, İmişli və Şəmkir rayonlarının hər birini 2 nəfər; Ağdaş, Ağstafa, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Göyçay, Göygöl,  Laçın, Lənkəran, Masallı, Qəbələ, Qobustan, Quba, Sabirabad, Tərtər, Xaçmaz, Xızı, Yardımlı və Yevlax rayonlarının hər birini isə 1 nəfər seçərək yerini dəyişib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov