Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində "Məzun günü" qeyd edilib

 

İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində  "Məzun günü"  keçirilib.Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, valideynlər, KİV əməkdaşları  və digər qonaqlar iştirak ediblər.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən  ADPU-nun rektoru, professor Yusif Məmmədov məzunlara təbriklərini çatdırıb, ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi təhsil ocağının qazandığı uğurlardan danışıb.

Diqqətə çatdırılıb ki, bu il ADPU-nun 11 fakültə üzrə əyani şöbəsini 1515, qiyabi şöbəsini isə 8 fakültə üzrə 516 nəfər tələbə bitirib. Bundan əlavə, cari tədris ilində bu ali məktəbi 19 türkiyəli tələbə də təhsilini başa vurub. Bütövlükdə isə 2013-2014-cü tədris ilində universitetin 2031 məzunu olub. Həmçinin bu tədris ilində universitetin magistraturasının əyani şöbəsini 41 ixtisas üzrə 167, qiyabi şöbəsini  21 ixtisas üzrə 135  magistr də bitirib.

Tədbirdə  ADPU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Şəfiqə Həsənova məzunlar adından təhsil aldığı ali məktəb rəhbərliyinə  minnətdarlığını bildirib və doğma universitetinin adını  hər zaman uca tutacaqlarına söz verib.

Sonra universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub.

"Məzun günü" konsert proqramı ilə başa çatıb.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov