Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Təhsildə fərqlənən məzunlara fəxri fərmanlar təqdim edilib

 

İyunun 25-də Azərbaycan Müəllimlər İnstitutunda "Məzun-2014" adlı tədbir keçirilib. Tədbirdə institut rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı, qonaqlar, o cümlədən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Samir Kazımov da iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları tərəfindən institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ziyarət olunub, ümummilli liderin büstü önünə əklil qoyulub.

Tədbiri institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı açaraq məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Rektor qeyd edib ki, 2014-cü ildə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları üzrə, ümumilikdə, 1856 bakalavr və baza institutunda 24 magistr məzun olur. Vurğulanıb ki, məzun olmaq təkcə yüksək şərəf deyil, Vətən qarşısında, dövlət qarşısında böyük vətəndaşlıq borcudur. Məzun olmaq həm də yüksək ictimai məsuliyyətdir. Çətin və şərəfli olan müəllim peşəsinə yiyələnmiş məzunlar məhz gələcək nəslin tərbiyə edilməsində əsas rol oynayacaqlar.

Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin "Mən dünyada müəllim adından yüksək ad tanımıram" fikri müəllimlərə verilən ən yüksək qiymətdir. Ulu öndərin ideyaları indi də yaşayır, inkişaf edir. Ölkəmizdəki bütün quruculuq işləri məhz bu ideyaların həyata keçirilməsi istiqamətində gedir. Heydər Əliyev siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu il institutda əlamətdar bir hadisənin - Azərbaycan Müəllimlər İnstitutunun yaradılmasının 85 illiyinin qeyd ediləcəyini bildirən A.Naxçıvanlı tədbir iştirakçılarını "Məzun günü", eyni zamanda 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.

Dövlət himni səsləndirildikdən sonra çıxış edən qonaqlar  məzunları təbrik ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün gənclərin inkişafı üçün yaradılan şərait onların cəmiyyətin bütün sahələrində təmsil olunmasına imkan yaradır. Təməli ulu öndərimiz tərəfindən qoyulan gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra təhsildə və institutun ictimai işlərində fəallığı ilə fərqlənmiş məzunlara fəxri fərmanlar təqdim edilib.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov