Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və
müxbir üzvlüyünə seçkilər keçirilib. Qurumun rəsmi
saytından əldə etdiyimiz məlumata görə, bununla əlaqədar
təşkil olunmuş ümumi yığıncaqda AMEA-nın prezidenti,
akademik Akif Əlizadə bildirib ki, AMEA-nın həqiqi
üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər
namizədliyini irəli sürmüşdür. Akademik seçkilərin istər
hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə
uyğun və şəffaf aparılacağına əminliyini ifadə edib.
Səsvermə nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib.
|