Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

"Seyid Yəhya ili - 2013" tədbirlərinin bağlanışı oldu

 

İyunun 26-da Beynəlxalq Mətbuat Mərkəzində  UNESCO tərəfindən elan olunan "Seyid Yəhya ili - 2013" çərçivəsində tədbirlərin yekununa həsr olunmuş  tədbir  keçirildi. Tədbir professor  Qafar Cəbiyevin çıxışı ilə açıq elan olunduqdan sonra bu istiqamətdə aparılan işləri əks etdirən videoçarx izlənildi. Tədbirdə Seyid Yəhya Bakuvi irsinin tədqiqatçısı, Qafqaz Araşdırmalar İnstitutunun direktoru, professor  Mehmet Rıhtım, professor  Azadə Musayeva, professor Minəxanım Təkləli Nuriyeva, professor  Möhsün Nağısoylu, professor  Nəsib Göyüşov və başqaları çıxış etdilər.

Qafqaz Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə 2013-cü il ərzində Seyid Yəhya Bakuvi irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlərin ən əhəmiyyətlisi müəllifin elmi əsərləri və külliyyatının nəşri məsələləridir. Bağlanış mərasimində Mehmet Rıhtımın "Seyid Yəhya Bakuvi", Seyid Yəhya Şirvaninin "Şəfa əl-əsrar", "Virdi-səttar", "Qırxlar (Azərbaycan sufi pirləri)", "Könül memarları və irfan yolu" toplu əsərləri, Azadə Musayevanın türk dilinə çap olunmuş "Dede Ömer Ruşeni ve külliyatı" kitabı sərgilənərək qonaqlara paylanıldı.  

Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov