Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Yeniləşən Azərbaycana yeni məktəb

 

Bakı şəhəri 3 nömrəli uşaq evinin yay istirahət düşərgəsi 

Böyütmək üçün seçinBakı şəhəri 3 nömrəli uşaq evinin Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsində yenidənqurma işləri Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində aparılıb. Yenidənqurma işlərinə 2010-cu ilin fevral ayında başlanılıb və işlər 2012-ci ilin may ayında yekunlaşıb.

Düşərgənin ümumi sahəsi 5600 m2 , 120 yerlik dördmərtəbəli binanın sahəsi isə 3400 m2 -dir. Binanın oğlanlar üçün nəzərdə tutulan ikinci mərtəbəsində hər biri 15 nəfərlik dörd yataq otağı vardır. Buradakı 200 nəfərlik iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi avadanlıq quraşdırılıb. Binanın üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulub.

Binanın dördüncü mərtəbəsi uşaqların əylənməsi və tədbirlərin təşkil edilməsi üçündür.

Düşərgədə uşaqların informasiya-kommunikasiya texnologiyalarının sirlərinə yiyələnməsi üçün kompüter otağı, müxtəlif sahələrə aid ədəbiyyat toplanmış kitabxana vardır. İdmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb, futbol meydançası və hovuz tikilib, əyləncə guşələri təşkil olunub.

Düşərgədə təhlükəsizlik kameraları və siqnal sistemi quraşdırılıb, müasir işıqlandırma sistemi qurulub. Bina müasir tələblərə cavab verən Cənubi Koreya istehsalı olan Siqma lifti ilə təchiz olunub.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
   
Böyütmək üçün seçin Böyütmək üçün seçin

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov