Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Sumqayıt Dövlət Universitetində təqdimat mərasimi

 

İyulun 9-da Sumqayıt Dövlət Universitetində "Beynəlxalq əməkdaşlıq şöbəsinin formalaşdırılması və inkişaf strategiyasının müqayisəli təhlili" mövzusunda təqdimat mərasimi keçirilib.

Mərasimdə SDU-nu Avropa, MDB və Azərbaycan universitetləri sırasında təmsil edən professor Nigar İsgəndərova çıxış edərək layihə barəsində açıqlama verib. Qeyd edib ki, biz Sumqayıt Dövlət Univesiteti Avropanın UNİVİA layihəsində tərəfdaş universitet  qismində iştirak edir, layihənin müəllifi və koordinatoru Azərbaycan Dövlət İqtisad Universitetidir. Layihənin adı: universitetlərdə beynəlxalq əlaqələr üzrə qurumların idarə olunması, inkişafı və təkmilləşdirilməsidir. Bu böyük layihədə Avropadan İtaliyanın Boloniya Universiteti,  İspaniyanın Santyaqo de Kompostella Universiteti, İngiltərənin Varvik Universiteti, MDB ölkələrindən Kiyev Dövlət İqtisad Universiteti, Poltava İqtisad və Ticarət Universiteti, Qırğızıstan Dövlət İqtisad Universiteti, Tacikistanın Xocand Dövlət Universiteti, Tacikistan Sahibkarlıq və Xidmət Universiteti, Azərbaycandan isə Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti tərəfdaş universitetlər qismində iştirak edirdi.

N.İsgəndərova bildirdi ki, Sumqayıt Dövlət Universitetinin bu layihədə rəhbəri olaraq iyun ayında keçirilən iki günlük seminarda iştirak edib. Hər bir iştirakçı universitet öz layihəsini təqdim etdi. Bu layihənin həyata keçirilməsində əsas məqsəd universitetin beynəlxalq əlaqələrini genişləndirmək, tələbə, müəllim, professor heyətinin mübadiləsini təşkil etmək, birgə elmi tədqiqat layihələrini həyata keçirmək, elmi konfranslar, simpoziumlar keçirməkdir. Əsas diqqət tələbə mübadiləsinə yönələcək. Qeyd edildi ki, Sumqayıt Dövlət Universitetində 2006-cı ildən Əcnəbi Tələbələr üçün  Hazırlıq Mərkəzi fəaliyyət göstərir. Bu illər ərzində Hazırlıq Mərkəzində Türkiyə, Rusiya, İran, Suriya, Koreya, Çin, İsrail və başqa ölkələrdən tələbələr hazırlıq kurslarını keçməklə həm Azərbaycan dilini öyrəniblər, həm də bakalavr və magistr pilləsində  təhsillərini davam etdirirlər. 

Təqdimatın sonunda SDU-nun rektoru Elxan Hüseynov çıxış edərək layihədə irəli sürülən məsələlərə münasibətini bildirib.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov