Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Astarada kompüter oyunları üzrə zona yarışları keçirilib

 

Astara şəhərindəki Heydər Əliyev Mərkəzində kompüter oyunları üzrə IX Azərbaycan milli çempionatının zona yarışları keçirilmişdir.

AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası, Astara Rayon Gənclər və İdman İdarəsi, "Astara" İntellektual İnkişaf Klubunun birgə təşkilatçılığı ilə keçirilən zona birinciliyində Astara, Lənkəran, Cəlilabad və Masallı rayonlarını təmsil edən 14-29 yaşlı gənclər iştirak etmişlər.

Yarışmanın açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramin Əliyev, "Astara" İntellektual İnkişaf Klubunun sədri Əfqan Hüseynov gənclərə uğurlar arzulamışlar.

Yarış iştirakçıları Olimpiya sistemi üzrə üç şəxsi və bir komanda oyunlarında qalib adı uğrunda mübarizə aparmışlar.

Zona yarışlarında birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq "FİFA 2014" oyunu üzrə-Yunus Nəcəfov (Lənkəran), Hüseyn Məmmədov (Cəlilabad) və Namiq Tarifzadə (Astara), "Super Street Fighter IV" oyunu üzrə-Aydın Məmmədli (Lənkəran), Elnur Mirzəzadə (Astara) və Ələmdar Məmmədov (Cəlilabad), "Star Graft II" oyunu üzrə-Əliabbas Məmmədov (Cəlilabad), Ağanur Cavadov (Lənkəran) və Vəfalı Əzimov (Masallı), "Dota 2" komanda oyunu üzrə - Astara, Lənkəran və Masallı rayonlarının komandaları layiq görülmüşlər.

Fəxri yerləri qazanan gənclərə Azərbaycan Kiber İdman Federasiyasının diplomları təqdim edilmişdir.

Müxtəlif oyunlar üzrə birinci yerlərə layiq görülən gənclər avqust ayında Bakı şəhərində keçiriləcək kompüter oyunları üzrə IX Azərbaycan milli çempionatında iştirak etmək hüququ qazanmışlar.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov