Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2014 - №26

 

Yeniləşən Azərbaycana yeni məktəb

 

Böyütmək üçün şəkili seçinBakı şəhəri Xəzər rayonunun Türkan qəsəbəsində 214 nömrəli körpələr evi-uşaq bağçası

Bakı şəhəri Xəzər rayonunun Türkan qəsəbəsində 214 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 2013-cü il sentyabrın 25-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bağçanın açılışında iştirak ediblər.

Bağçanın ümumi sahəsi təqribən 6000 kvadratmetr, tikintialtı sahə isə 3800 kvadratmetrdir. İkimərtəbəli binada on yataq otağı, musiqi zalı, idman otağı, uşaqların psixoloji hazırlığı məqsədi ilə oyun zalları, yemək otaqları, hovuz var.

Bağça zəruri avadanlıqla təchiz olunub.

Bağçanın ətrafı abadlaşdırılıb və yaşıllıq salınıb. Uşaqlar üçün futbol meydançası və istirahət guşələri yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.

200 yerlik bağçada 10 qrup fəaliyyət göstərəcək. 

Böyütmək üçün şəkili seçin   Böyütmək üçün şəkili seçin
     
Böyütmək üçün şəkili seçin   Böyütmək üçün şəkili seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov