Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası

 

Böyütmək üçün şəkili seçinİyulun 9-da Gəncə Dövlət Universiteti Elmi Şurasının 2013-2014-cü tədris ilinin yekunlarına dair iclası keçirilib.

İclas universitetin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti və onun təkmilləşdirilməsi haqqında elm və texnika üzrə prorektorun hesabat məruzəsi ilə başlayıb. Qeyd olunub ki, Gəncə Dövlət Universiteti Avropa Şurasının təsis etdiyi beynəlxalq təhsil proqramları üzrə keçirilən müsabiqələrdə elm və təhsillə bağlı müxtəlif, həmçinin Alman Akademik Mübadilə Xidməti (DAAD), Tempus proqramı üzrə layihələrdə iştirak edib. İclasda GDU-nun beynəlxalq əlaqələrinin inkişafı haqqında yeni təkliflərin müzakirəsi olunub.

Yekun iclasda 2013-2014-cü tədris ilində GDU-da keçirilən tədbirlər və 2014-2015-ci tədris ili üçün universitetin təmirə hazırlıq vəziyyəti haqqında məruzələr dinlənilib.

Universitetin rektoru, professor Yusif Yusibov ali təhsil müəssisəsinin nailiyyətlərindən və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, GDU-nun beynəlxalq əlaqələrinin keyfiyyətcə dəyişməsində Azərbaycan təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması və daim inkişaf etdirilməsi mühüm rol oynayıb. Qeyd olunub ki, universitetin beynəlxalq əlaqələri bir neçə istiqamət üzrə inkişaf edir. GDU-nun xarici ölkələrdə elm və təhsillə bağlı müxtəlif layihələrdə, elmi konfranslarda və simpoziumlarda iştirak etməsi, əcnəbi tələbələrin universitetdə təhsilinə nail olması ali məktəbin beynəlxalq inkişaf planında nəzərdə tutulan vəzifələrdəndir.

Sonra 2013-2014-cü tədris ilində GDU-nun idman sahəsində qazandığı uğurlar açıqlanıb. İdmanın müxtəlif növü üzrə yarışlarda respublika ali təhsil müəssisələri arasında uğurlar qazanan tələbələrin adları çəkilib. Tarix-coğrafiya fakültəsinin tələbəsi Elnur Məmmədovun dünya çempionu adını qazanması xüsusilə qeyd edilib. Universitet idman klubunun sədri, birinci dərəcəli idmançı Xəqani Umudovun səmərəli fəaliyyəti diqqətə çatdırılıb.

Sonda universitetin rektoru Y.Yusibov  "Gəncə Dövlət Universitetində idmanın kütləviliyinin artırılmasında göstərdiyi xidmətlərə görə" bir sıra təşkilatların diplom və fəxri fərmanları ilə təltif edilib.

Elmi Şura yeni tədris ilində qarşıda duran vəzifələrin müzakirəsi ilə davam etdirilib.  

Ümbülbanu HACIYEVA,
GDU-nun əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov