Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Yeniləşən Azərbaycana yeni məktəb

 

Böyütmək üçün şəkili seçinBakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində 8 nömrəli sanatoriya tipli internat məktəbi

Bakı şəhəri Xəzər rayonunun Buzovna  qəsəbəsindəki 8 nömrəli sanatoriya tipli internat məktəbi Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində əsaslı təmir edilib. Məktəb 1962-ci ildən fəaliyyət göstərir. Yararsız vəziyyətdə olan internat məktəbinin təmirinə 2012-ci ilin martında başlanılıb və sentyabr ayında təmir işləri başa çatıb. 2012-ci il sentyabrın 13-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin açılışında iştirak edib.

Məktəbin ümumi sahəsi dörd hektardır. 290 şagird yerlik sanatoriya tipli internat məktəbi iki hissədən - tədris korpusu və yataqxanadan ibarətdir. İkimərtəbəli tədris korpusunda xüsusi avadanlıqla təchiz olunmuş linqafon, fizika, kimya, hərbi vətənpərvərlik, əmək, kompüter otaqları və müxtəlif fənn kabinetləri fəaliyyət göstərir. Burada həmçinin idman zalı, kitabxana, həkim otağı, 160 nəfərlik akt zalı vardır.

Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion inşa edilib. Stadionda idmanın müxtəlif növləri - basketbol, futbol, voleybol, tennis ilə məşğul olmaq imkanı vardır.

Məktəbin ayrıca su anbarı vardır. Binada təhlükəsizlik kameraları quraşdırılıb.

Üçmərtəbəli yataqxanada geniş və işıqlı yeməkxana, 10 yataq, 18 istirahət, kompüter otaqları, həmçinin həkim kabineti vardır. Binada valideynlərin istirahəti və gecələməsi üçün şərait yaradılıb.

Böyütmək üçün şəkili seçin Böyütmək üçün şəkili seçin
   

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov