Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib

 

Böyütmək üçün şəkili seçinİyulun 12-də İsmayıllı şəhər Olimpiya İdman Kompleksində Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə təsdiq etdikləri illik əsasnaməyə uyğun olaraq 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının açılış mərasimi keçirilib.

Mərasimdə Gənclər və İdman Nazirliyinin,  Azərbaycan Şahmat Federasiyasının, Təhsil Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri,  KİV təmsilçiləri və digər şəxslər iştirak ediblər.  Tədbir iştirakçıları öncə  müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbirdə yeniyetmə şahmatçıları  salamlayan gənclər və idman nazirinin müavini  İsmayıl İsmayılov, Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim  Faiq Həsənov  və digər şəxslər çıxış edərək olimpiadanın təşkilində əməyi olanlara minnətdarlıqlarını bidirib, yeniyetmə şahmatçılara bu yarışda  uğurlar arzulayıblar. 

Bildirilib  ki, "A" və "B" qrupları üzrə keçirilən bu yarışda 565  idmançı respublikanın 60-a yaxın  şəhər və rayonunu təmsil edib. Yarışlar 12 yaşadək  və 12 yaşdan yuxarı idmançılar arasında "B",  "A" qrupları üzrə keçirilib. Olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qaydalarına əsasən keçirilib və şəxsi komanda xarakteri daşıyıb. Qeyd edək ki, turnir iyulun 22-də başa çatacaq.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov