Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 İyul 2014 - №27

 

Bakıdakı idman məktəbinin yetirmələri uğurlarını artırırlar

 

Bakıdakı 6 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri 2013-2014-cü tədris ilində sərbəst güləş, yunan-Roma və sambo idman növləri üzrə iştirak etdikləri yarışlarda  uğurlu nəticələr əldə ediblər. İdman məktəbinin direktoru Vüqar İsmayılovdan aldığımız məlumata görə, ötən ilin sentyabr ayının 19-dan 22-nə kimi Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələrdən ibarət  1997-1999-cu il təvəllüdlü idmançılar arasında sərbəst güləş və yunan-Roma güləşi  üzrə Bakı şəhər birincilikləri  keçirilib. Sərbəst güləş üzrə  birincilikdə idman məktəbinin yetirmələrindən Üzeyir Yusifov 100 kq çəkidə II, Təhsim İbrahimov isə III yeri  tutublar.

Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə şəhər birinciliyində Ramin Cəfərov 58 kq,  Fuad Quliyev 63 kq çəki dərəcələrində III yerləri tutublar.

Ötən ilin noyabr ayında yunan-Roma güləşi üzrə azyaşlı (2000 -2002-ci il) yeniyetmələr arasında Bakı şəhər birinciliyində Taleh Lətifov 42 kq çəkidə I, Fərid Qafarov 38 kq çəkidə III, İnqilab Mustafayev III yerlərdə qərarlaşıblar.

Məktəbin yetirmələrindən Mirmöhsüm Quluzadə 23-24 sentyabr tarixlərində Hövsan Olimpiya İdman Kompleksində 1994-1996-cı il təvəllüdlü gənclər arasında sərbəst güləş üzrə Bakı şəhər birinciliyində II yerə layiq görülüb.

Oktyabrın 11-13 tarixlərində Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında 1997-1999-cu il təvəllüdlü sərbəst güləş üzrə idmançıların iştirak etdiyi məşhur güləşçi Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika seçmə turnirində idman məktəbinin yetirməsi  Üzeyir Yusifov 100 kq çəki dərəcəsində II yeri tutub.

Bu ilin martında kiçikyaşlı məktəblilərin sərbəst güləş üzrə Bakı şəhər birinciliyində Sabir Cəfərov III, Elman Babayev II, Rövşən Nəbiyev  III yerlə kifayətləniblər.

Martın 4-də "Sərhədçi" İdman Kompleksində yunan-Roma güləşi üzrə 1997-1999-cu il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyində Fuad Quliyev 69 kq çəki dərəcəsində III yerə layiq görülüb. 

Fevralın 12-dən 14-nə kimi Hövsan Olimpiya İdman Kompleksində 1997-1999-cu il təvəllüdlü yeniyetmə sərbəst güləşçilər arasında Bakı şəhər birinciliyində Cavid Sadıqov (85 kq) I, Üzeyir Yusifov (100 kq) I, Şamil Bayramov (58 kq) III, Təhsim İbrahimov (100 kq) III yerləri bölüşüblər.

Martın 4-dən 5-nə kimi "Sərhədçi" İdman Kompleksində 1997-1999-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə keçirilən Azərbaycan birinciliyində Cavid Sadıqov 85 kq çəki dərəcəsində gümüş medal qazanıb.

10-12 mart 2014-cü il  tarixlərində  Balakən rayonunda kiçikyaşlı məktəblilərin sərbəst güləş üzrə  Azərbaycan çempionatında Sabir Cəfərov (38 kq) III, Çingiz Eyvazov 42 kq çəki dərəcəsində III yeri tutublar.

Bu ilin fevralında Şağan Olimpiya  İdman Kompleksində 1996-1997-ci il təvəllüdlü yeniyetmələr arasında sambo idman növü üzrə Respublika birinciliyində Sahib Əzizov 56 kq çəkidə III yerə layiq görülüb. 

Fevralın 22-də Hövsan Olimpiya İdman Kompleksində 2002-2004-cü il təvəllüdlü samboçular arasında Bakı şəhər birinciliyində Rüfət Abdulov 38 kq çəki dərəcəsində III, martın 23-də keçirilən 2000-2002-ci il təvəllüdlü idmançıların sambo üzrə Bakı şəhər birinciliyində isə Rəvan İsgəndərov 54 kq çəkidə III yerlə kifayətləniblər.  

Hazırladı:
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov