Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq  

ƏMR EDİRƏM: 

1. Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2014-2015-ci dərs ili üçün tədris planı və tədris planına dair "Qeydlər" təsdiq edilsin (əlavə olunur).

2. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə göndərilməsini, "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

3. Əmrin icrasına  nəzarət nazir müavini C.Bayramova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
16 iyul 2014-cü il


Əlavə:

2014-2015-ci dərs ili üçün tədris planı və tədris planına dair "Qeydlər"

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov