Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Azərbaycan Dillər Universitetində elmi seminar

 

İyulun 18-də Azərbaycan Dillər Universitetində universitetin Çin dili və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı və Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) 87-ci ildönümünə həsr olunmuş "Təhlükəsizlik sahəsində Azərbaycan-Çin əməkdaşlığını genişləndirməkdə hərbi diplomatiyanın rolu" mövzusunda elmi seminar keçirildi. Seminarda Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Lyu Xung, ADU - nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, universitetin müəllim və tələbələri iştirak ediblər.

Seminarı açan ADU-nun Çin dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan-Çin siyasi-hərbi və hərbi-texniki əlaqələrinin nəticələri və perspektivləri barədə məlumat verib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin rəhbəri Fərda Əsədov  "Hərbi sənət və qədim, orta əsrlərdə Çinin hərbi doktrinası" mövzusunda çıxış edib. ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri öz cıxışlarında milli təhlükəsizlik strategiyasının və ÇXR-ın hərbi strategiyasının əsas prinsipləri, (ÇXAO) beynəlxalq əməkdaşlıq,  beynəlxalq xilasetmə əməliyyatlarında, humanitar yardımı təmin etmək tədbirlərində və anti-terror hərbi təlimlərdə Çin hərbiçilərinin iştirakı haqqında məlumat verib.

Çin səfirliyinin hərbi attaşesi Lyu Xung öz növbəsində Çin hərbi sahəsinin prioritetləri, milli müdafiə və ölkənin ordusunda modernləşdirmə haqqında danışıb.

Tədbirin sonunda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və Mədəniyyəti Mərkəzi tərəfindən Azərbaycan və Çin dillərində hazırlanan "İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı" adlı kitab qonaqlara hədiyyə verilib. 

İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov