Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

"Gələcəyə təşəbbüs" yazı müsabiqəsinin qalibləri London Kral Kollecinin yay kurslarında iştirak edəcək

 

İyulun 18-də Bakıda "PAŞA Bank" və  "British Council" -Azərbaycan təşkilatının birgə təşkil etdikləri  "Gələcəyə təşəbbüs" ənənəvi yazı müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə  "PAŞA Bank"ın korporativ kommunikasiyalar departamentinin direktoru Sona Abbasova çıxış edərək müsabiqənin nəticələri barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycanın müxtəlif universitetlərindən yüzə yaxın namizədin yazı işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. İqtisadi inkişafla bağlı mövzuları əhatə edən yazılarda ölkənin gələcək inkişafına dair müxtəlif yönümlü, orijinal fikirlər öz əksini tapıb. Bu il iştirakçıların müsabiqəyə daha məsuliyyət və səylə yanaşmaları nəticəsində keyfiyyətli yazıların sayı artıb və müsabiqədə daha rəqabətli mühit yaranıb.

Münsiflər heyətinin qərarı ilə Qafqaz Universitetinin tələbələri Aysel Soltanlı və Toğrul İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Zeynəb Dadaşova və Firəngiz Ağayeva, "ADA" Universitetinin tələbəsi Ruqiyyə Qəhrəmanlı müsabiqənin qalibi olublar. Onlar Böyük Britaniyanın nüfuzlu London Kral Kollecində biznes üzrə yay kurslarında iştirak edəcəklər.

Müsabiqədə fərqlənən digər iştirakçılara da dəyərli hədiyyələr və sertifikatlar təqdim olunub. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov