Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Sumqayıtlı gənclər üçün yay məktəbinin açılışı olub

 

Sumqayıt şəhərində yerləşən  Heydər Əliyev Mərkəzində  Sumqayıt gəncləri üçün yay məktəbinin açılış mərasimi keçirilib. Mərasimdə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Bildirilib ki,  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin və "Gənc istedadlara dəstək" fondunun birgə təşkilatçılığı ilə Quba rayonunda təşkil olunan yay məktəbində ayrı-ayrı sahələri təmsil edən yaradıcı, istedadlı və ictimai fəal gənclərin öz istəkləri əsasında iştirakı nəzərdə tutulub.

İyul-avqust ayları ərzində hər həftə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzindən start götürəcək yay məktəbi çərçivəsində Quba rayonunun yaradıcı və fəal gəncləri ilə görüşlər, ümummilli lider Heydər Əliyevin abidəsinin, Quba Soyqırımı Məzarlığının ziyarət edilməsi, "Su səsi" istirahət mərkəzində gənclər arasında debatların, əyləncəli, şən, maraqlı oyunların, nahar və çay fasilələrinin təşkili, təbiət qoynunda mənalı istirahət nəzərdə tutulub.

Mərasimdə məlumat verilib ki, ümumiyyətlə, son illərdə Gənclər və İdman Baş İdarəsi tərəfindən 7500 nəfərə yaxın yeniyetmə və gəncin Quba və Qusar rayonlarında mənalı istirahəti təmin edilib.

Yay məktəbinin təşkilində məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının səmərəli təşkil olunmasıdır. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov