Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Yeniləşən Azərbaycana yeni məktəb

Şəmkirdə Bakı Oksford Məktəbinin Uşaq Akademiyası

 
Böyütmək üçün şəkili seçin

Şəmkirdə Bakı Oksford Məktəbinin Uşaq Akademiyası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Tikinti işlərinə 2012-ci ilin mayında başlanılıb. 2013-cü ilin iyununda tikinti başa çatıb. 2013-cü il sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uşaq Akademiyasının açılışında iştirak edib.

80 yerlik akademiyada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Xüsusi tədris proqramları əsasında fəaliyyət göstərən akademiyaya uşaqlar iki yaşından qəbul edilir. Burada uşaqlarla dünyada məşhur olan "Kiddie Academy" tədris proqramı əsasında hazırlıq prosesi keçirilir. Dünyanın 65-dən çox ölkəsində tədris olunan bu proqram aparıcı məktəbəqədər təhsil proqramlarından biridir.

Akademiyada dörd yataq otağı, incəsənətə maraq göstərən uşaqlar üçün art-studiya yaradılıb.

Böyütmək üçün şəkili seçin Böyütmək üçün şəkili seçin
   
Böyütmək üçün şəkili seçin Böyütmək üçün şəkili seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov